"Rusiya təşəbbüsü itirir və hərbi məqsədlərinə nail ola bilmir" - Britaniya kəşfiyyatı...

"Düşmən əkshücuma mane olmağı və Ukraynanın təkmilləşdirilmiş HHM sistemini məhv etməyi bacarmayıb..."

"Mayın 30-a keçən gecə işğalçıların Ukraynaya buraxdığı 31 drondan 29-u məhv edilib..."

Bu ay rusiyalı işğalçılar güclü hücumlara əl atıb, lakin düşmənə Ukraynanın əkshücumuna mane olmağa kömək etməyib, döyüş meydanında təşəbbüs isə daha çox itirilib.

Sozcu.az xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin yeni məlumatında deyilir.

Britaniyalı kəşfiyyatçılar qeyd edir ki, rusiyalı işğalçılar son ay ərzində hər şeydən öncə öz hərbi hədəflərinə irəliləmək əvəzinə, Ukraynanın hərəkətlərinə reaksiya verməyə məcbur olub.

"2023-cü ilin may ayı ərzində Rusiya gecələr pilotsuz uçuş aparatları və qanadlı raketlərlə Ukraynanın dərinliklərinə birtərəfli zərbələr endirib.

Ukraynanın təkmilləşdirilmiş hava hücumundan müdafiə sisteminin neytrallaşdırılması və Ukraynanın əkshücum qüvvərinin məhv edilməsi üzrə öz ehtimal edilən məqsədlərində Rusiya az uğur əldə edib", - məlumatda deyilir.

Nazirlik qeyd edir ki, Rusiyanın qərbində partizanların hücumuna reaksiya verilməsi üçün işğalçılar öz təhlükəsiz qüvvələrini yenidən dislokasiya etməyə məcbur olub.

Həmçinin qüvvələri Baxmut ətrafında cəbhə xəttində boşluqları doldurmaq əvəzinə, Ukrayna əkshücumunun güman edildiyi yerə cəmləşdirməyə cəhd edilir.

"Operativ planda rusiyalı komandirlər, ehtimal ki, ehtiyat qüvvələrini yaratmağa və onları Ukraynanın, önların fikrincə, əkshücumu baş tutacaq yerdə yerləşdirməyə cəhd edir", - kəşfiyyatçılar qeyd edir.

Ukraynaya gecə hücumları-nələri bilmək lazımdır

May ayı ərzində rusiyalı işğalçılar Ukrayna ərazisinə güclü zərbələr endirilməsi praktikasına dönüb. Demək olar ki, hər gün düşmən Ukrayna şəhərlərinə müxtəlif tip raketlər və İran istehsalı olan onlarla kamikadze-dronlarla hücumlar edib.

Düşmənin 17 güclü hücumları zamanı işğalçılar Kiyevi hədəfə alıb. Sonuncu, mayın 30-a keçən gecə hücum zamanı Ukraynaya 31 dron buraxılıb, Ukraynanın HHM sistemi onlardan 29-nu məhv edib.

Kiyevdə Rusiya dronu qalıqlarının düşməsi nəticəsində Qoloseyevsk rayonunda evin yuxarı mərtəbələrində yerləşən mənzillər dağılıb. Hücum zamanı bir nəfər həlak olub, 11 nəfər zərər çəkib.

Share on Facebook