“Rus kontingentinin müvəqqəti nəzarətində olan ərazilərimizdə yerləşən erməni silahlılarının Ağdam rayonunu növbəti dəfə atəşə tutması Azərbaycan tərəfini qəti addımlar atmağa vadar edir”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
Ekspert hesab edir ki, Rusiya sülhmərmalıları erməni silahlılarına kuryerlik etməklə onları bu fəaliyyətlərində daha da cəsarətləndirir:
"Onlar erməni silahlılarının ərazidə mövcud olmasına birmənalı olaraq dəstək verirlər. Bu isə Azərbaycan üçün qətiyyən qəbuledilməz haldır. Azərbaycan ərazilərində bir dənə də olsun erməni silahlısı qalmamalıdır. Atəşkəsi pozan erməni silahlılarının yerləşdiyi mövqelər isə darmadağın edilməklə, həmin mövqelərin üzərində Azərbaycan bayrağının qaldırılması mütləqdir".