"Rusiya sülhməramlılarının Dağlıq Qarabağda nə qədər sayda və hansı müddətdə qalması yerdə, ərazidə həll ediləcək məsələdir..."
"Bizim sülhməramlıların rolu xüsusilə ilk vaxtlar qarabağlıların özlərini təhlükəsiz hiss etmələri üçün çox vacibdir..."
"Ermənistanın özü Qarabağın Azərbaycana məxsus olduğunu tanıyıb, amma utanmadan Qarabağı Bakıya Putinin verdiyini bəyan edir..."
Rusiya "sülhməramlıları" Dağlıq Qarabağda dinc həyatın nizama salınmasına kömək edəcək.
Sozcu.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının 78-ci sessiyasında ümumi siyasi diskusiyalarda çıxış edərkən bəyan edib.
Rusiya sülhməramlılarının Dağlıq Qarabağda nə qədər sayda və hansı müddətdə qalacağı "yerdə, ərazidə həll ediləcək məsələdir", - nazir qeyd edib.
"Bizim sülhməramlılar hazırda Qarabağ nümayəndələri ilə Azərbaycanın rəsmi şəxsləri ilə təmaslara kömək edir. Bizim sülhməramlılar orada iştirak edərkən buna istinad edir ki, etimadın möhkəmləndirilməsində, qarabağlıların xüsusilə ilk vaxtlar özlərini təhlükəsiz hiss etmələri üçün onların rolu vacibdir", - bu barədə Lavrov sessiyanın yekunlarına dair mətbuat konfransında bəyan edib.
Rusiya sülhməramlılarının hansı sayda və hansı müddətdə Dağlıq Qarabağda qalması "yerdə, ərazidə həll ediləcək məsələdir", -
Lavrov qeyd edib. Rusiya sülhməramlıları Dağlıq Qarabağda 2020-ci ilin noyabrında Rusiya, Ermənistan və Azərbaycan liderlərinin atəşin dayandırılması haqqında imzaladıqları Bəyanat əsasında oradadır.
Onların qalma müddəti Bəyanatın imzalandığı zamandan beş illiyə, yəni 2025-ci ilədək nəzərdə tutulub, bundan sonra tərəflərdən biri sülhməramlıların işinin dayandırılması barədə bəyanat vermədiyi halda avtomatik olaraq yeni beşillik müddətlərədək uzadılacaq.
Baş Assambleyanın sessiyasında çıxışında Lavrov Avropa İttifaqını Azərbaycanla Ermənistan arasında öz vasitəçiliyini zorla qəbul etdirməkdə ittiham edib və qeyd edib ki, belə hərəkətlər yalnız regionda sabitliyi pozur.
O, qeyd edib ki, keçmiş Sovet İttifaqının bir sıra ölkələrində olduğu kimi, Ermənistanda Qərb fondları tərəfindən yaradılmış çox güclü lobbilər var, onlar Rusiyanın təsirini sarsıtmaq üçün ABŞ-ın məraqlarını təmsil edir.
"Biz buna süni şəkildə qızışdırılan ehtiraslar kimi baxırıq və bunlara kimin rəhbərlik etdiyini bilirik", - Lavrov vurğulayıb.
Onun sözlərinə görə, "təəssüf ki, Ermənistan rəhbərliyinin özü odun üstünə yağ tökür".
Lavrov xatırladıb ki, Ermənistanın baş naziri Paşinyan və Azərbaycan prezidenti Əliyev Qarabağın Azərbaycanın ərazisi olduğunu faktiki olaraq tanıyan sənədə imza atdıqdan sonra Ermənistan parlamentinin rəhbəri utanmadan Qarabağı Bakıya Putinin verdiyini bəyan edib".
Bu arada isə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün zəmin vardır.
Onun sözlərinə görə, "Qarabağın kimə məxsus olması kimi əsas məsələ özlüyündə Ermənistanın Qarabağın Azərbaycana məxsus olduğunu tanıması" hesabına həll edilib".