İrlandiya parlamenti Rusiya səfiri Yuri Filatovun ölkəni tərk etməsini tələb edib.
Sozcu.az NEXTA-ya istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Çarli Flanaqan məlumat verib.
Bildirilib ki, buna səbəb Ukraynada dünyasını dəyişən irlandiyalı könüllü Finbar Kafferki haqqında rusiyalı diplomatın təhqiramiz şərhidir.