Rusiya Qordonu öldürmək istəyib - Plan

Rusiya xüsusi xidmət orqanlarının sifarişi ilə bir neçə ukraynalı ictimai şəxsə sui-qəsd hazırlayan cinayətkar qrup Ukrayna hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna hüquq mühafizə orqanları məlumat yayıb.

Məlumata görə, sözügedən əməliyyata “Eniqma 2.0” adı verilib:

“Rusiya tərəfi cinayətkar qrupa Moldova və Ukrayna vətəndaşlarını cəlb edib. Rusiyalı casuslar Ukraynaya gələrək orada potensial hədəflərinin yaşayış və iş yerləri, səyahət marşrutları, qalma yerləri haqqında məlumat toplayıb, həmçinin qətlin törədilməsinin mümkün üsullarını araşdırıb. Bundan sonra onlar Rusiya xüsusi xidmət orqanlarının nümayəndələri ilə əlaqə saxlayan kuratordan təlimatlar gözləyiblər”.

Qeyd edək ki, casusların siyahısında ukraynalı jurnalist Dmitri Qordon və Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrеy Yusovun da adı olub.

Share on Facebook