Rusiya Qarabağda separatizmin, Ermənistanda revanşizmin kökünün kəsilməsinə imkan verməyəcək...

Rusiya Qarabağda separatizmin, Ermənistanda revanşizmin kökünün kəsilməsinə imkan verməyəcək...

“Bu fikrimizi yanlış sayanlar, zəhmət olmasa, bir neçə sualımıza cavab versinlər: Rusiya 2020-ci ilin noyabrında öz “sülhməramlı”larını bir gecənin içində tələm-tələsik niyə Qarabağ torpaqlarımıza yeritdi, niyə son 3 ilə yaxın müddətdə 10 noyabr bəyanatına uyğun olaraq oradakı separatçı-terrorçuları tərksilah edib ərazimizdən çıxarmadı, əksinə onları, öncə dediyimiz kimi, silahlandırdı... Və s. və i.a....”

-3 CÜMLƏ İLƏ BİR GERÇƏK...-

Qarabağın dağlıq hissəsində şəhid(Allah hər birinə rəhmət eləsin!) və qazilərimizin canı-qanı hesabına separatçı-terrorçu rejimə qarşı rəsmi məlumatlarda çox uğurla nəticələndiyi deyilən lokal bir əməliyyat keçirdik...

Fəqət, təəssüf ki, Azərbaycan Respublikasının son illər rəsmən Qarabağ iqtisadi rayonu kimi tanınan ərazisinin dağlıq hissəsinin  xeyli qismi hələ də (məlum razılaşmaya görə, ən azı 2025-ci ilədək)  33 il öncə elə həmin separatçı-terrorçu rejimi qondarmış və bu günədək öz himayəsində bəsləmiş, Azərbaycan Müdafiə Nazirliyinin xüsusən son aylarda dəfələrlə verdiyi rəsmi bəyanatlarda göstərildiyi kimi, öz “sülhməramlı”ları vasitəsilə həmin qondarma qurumu gizli yollarla silah-sursatla təchizatını təmin edən Rusiya imperiyasının nəzarətindədir...

Və Ukraynada hərbi-siyasi bataqlıqda çabalayan bu imperiya hələ yaşaqıqca Cənubi Qafqazdakı dayaqlarını daha da bərkitmək üçün, mümkün olduqca buradakı hərbi qüvvəsinin sayını artırmaq üçün istər Qarabağın dağlıq hissəsində separatizmin, istərsə də Ermənistanda Azərbaycana, Türkiyəyə münasibətdə revanşizmin, rasizmin kökünün kəsilməsinə və bu minvalla da Ermənistanla Azərbaycan arasında gerçək sülhün yaranmasına imkan verməyəcək...

P.S. Bu fikrimizi yanlış sayanlar, zəhmət olmasa, bir neçə sualımıza cavab versinlər: Rusiya 2020-ci ilin noyabrında öz “sülhməramlı”larını bir gecənin içində tələm-tələsik niyə Qarabağ torpaqlarımıza yeritdi, niyə təcili olaraq bir neçə ayın içərisində öz rəsmi rəqəmlərinə görə, Ermənistana qaçmış 52 mindən çox haykı torpaqlarımıza qaytardı, niyə son 3 ilə yaxın müddətdə 10 noyabr bəyanatına uyğun olaraq oradakı separatçı-terrorçuları tərksilah edib ərazimizdən çıxarmadı, əksinə onları, öncə dediyimiz kimi, silahlandırdı, niyə Azərbaycanın rəsmi qurumlarının, ictimaiyyətinin, mediasının təpkilərinə rəğmən rəsmi leksikonunda, eləcə də “sülhməramlı”ların xəritələrində “Dağlıq Qarabağ” ifadəsini dəyişmədi, "Stepanakert" əvəzinə Xankəndi, "Mardakert" əvəzinə Ağdərə demədi, yazmadı? Və s. və i.a.(moderator)

Sultan Laçın 

Share on Facebook