Rusiya öz qırıcısını vurdu

Rusiyanın Su-25 qırıcısı özünün hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub.

Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşuk teleqramda bildirib.

“Əminliklə deyə bilərəm ki, Rusiyanın Su-25 qırıcısını Ukraynanın HHM-i vurmayıb! Bu, Rusiya zenitçilərinin dəqiq və yüksək səviyyədə icra olunmuş işidir ki, buna görə bütün Ukrayna xalqından onlara təşəkkür düşür!”, – hərbçi qeyd edib.

Share on Facebook