Rusiya ordusu Baxmut yaxınlığındakı mövqelərini tərk edir.
Sozcu.az xəbər verir ki, bunu Rusiyanın “Vaqner” muzdlu qrupunun rəhbəri Yevgeni Priqojin deyib.
Priqojin sosial mediada yayımladığı audio şərhdə bildirib ki, buna yenidən qruplaşma deyil, qaçmaq deyilir.
Priqojin ayrıca videomüraciətində Rusiya Müdafiə Nazirliyinin bölmələrinin şəhərin şimal və cənubundakı mövqelərdən qaçdığını vurğulayıb.
“Cinahlar uğursuzluğa düçar olur. Cəbhə dağılır”, - o qeyd edib. Priqojin, həmçinin Ukrayna qüvvələrinin Baxmut ətrafındakı su anbarında və taktiki yüksəkliklərdə mövqelər ələ keçirdiyini diqqətə çatdırıb.