Rusiya Müdafiə Nazirliyinin binasında yanğın baş verib

Moskvada Rusiya Müdafiə Nazirliyinin binalarından birində yanğın baş verib.

Məlumata görə, hadisə Znamenka küçəsindəki binada yaşanıb.

Yanğın yuxarı mərtəbədəki ofisdən olub.

İlkin məlumata görə, yanğının sahəsi 30 kvadratmetr olub. Yanğın artıq lokallaşdırılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Share on Facebook