Tofiq Abbasov: “Aktaudakı təyyarə qəzasından sonra baş verənlər bunu bir daha sübut edir”
“Rusiya MDB ölkələri ilə münasibətdə özünü yekəxana aparmağa, aşağılamağa çalışır. Azərbaycan təyyarəsinin Rusiya səmasından vurulmasından sonra Aktauda qəzaya uğraması və bunun ardınca Ruisyanın sərgilədiyi mövqe bunu bir daha sübut edir”.
Bu sözləri Moderator.az-a açıqlamasında politoloq Tofiq Abbasov bildirib. Elspert qeyd edib ki, Rusiya post-imperiya sindromundan əziyyət çəkir:
“Rusiya təyyarə qəzasına görə üzr istəsə də, Moskva hələ də günahklarların cəzalandırılması və ölkəmizə kompensasiya ödənilməsi məsələsində konkret addımlar atmır. Azərbaycan haqlı olaraq bunu bir tələb kimi irəli sürüb. Görünən odur ki, Rusiya post-imperiya sindromundan əziyyət çəkir. Bu sindrom özünü bir çox hallarda büruzə verir. Bu isə Rusiyaya, onun regiondakı nüfuzuna və münasibətlər sisteminə yaxşı heç nə vəd etmir”.