"Rusiya iyrənclik, namərdlik və vəhşilikdə mütləq çempiondur..."

"Bu gün bəşəriyyətin Rusiyanın boynuna doladığı ilgək bir az da tarıma çəkilib..."

"Bu evtanaziyanın finalında Rusiya Federasiyası özünün "daha mövcud olmamasını" heç hiss etməyəcək..."

Bəşəriyyətin Rusiyanın boynuna necə incəliklə ilgək doladığını dəyərləndirmək gərəkdir.

Sozcu.az xəbər verir ki, bu barədə rusiyalı publisist Aleksandr Nevzorov "QORDON" internet nəşrindəki bloqunda yazıb.

Putin ölkəsinə boğulmanın hər yeni mərhələsinə alışmaq imkanı yaradılır.

Avropa humanistlərinin fikrincə, bu evtanaziyanın final mərhələsində Rusiya özünün "daha mövcud olmadığını" heç hiss etməyəcək.

Rusiyanın tarixə gömülməsi onun üçün maksimal dərəcədə rahat baş verəcək.

Ehtimal ki, bu, ona görə edilir ki, ölümdən öncə qurban tərpənməsin, səs-küylə aqoniya etməsin və raketləri ətrafa səpələməsin. 

Gerçəkdə nə alınacağı bəlli deyil. Lakin, heç şübhəsiz, plan məhz belədir.

Putin ölkəsi rüsvayçılığın bütün rekordlarını qazanıb. Heç bir hətta ən utancverici cəmahirriyətin alnına Rusiya kimi bu qədər damğa vurulmayıb. 

Bu ölkə iyrənclik, namərdıik və vəhşilikdə mütləq çempiondur. Biz bilirik ki, bu şöhrət çələngləri dürüstlüklə əldə edilib.

Bu gün ilgək bir az da tarıma çəkilib. İndi artıq ATƏT-in Parlament Assambleyası da Rusiyanı terrorçuluğa sponsorluq edən ölkə kimi tanıyıb.

Müəllif: Aleksandr Nevzorov

Share on Facebook