Rusiya hərbi bazası Ermənistandan çıxarılır? – Paşinyandan CAVAB

“Rusiya sülhməramlılarının Dağlıq Qarabağda qalıb-qalmaması məsələsi təkcə bizdən asılı deyil. Çünki biz bilirik ki, Rusiya bu mövzuda Azərbaycanla müəyyən müzakirələr aparır”.

Sozcu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan yerli İctimai TV-yə müsahibəsində deyib.

“Paralel olaraq bizimlə də müzakirələr davam edir. Bu məsələdə konkret fikir bildirə bilmərəm. Sülhməramlıların Qarabağdan çıxacaqları halda Ermənistana gəlməsinə dair söyləntilər məntiqsizdir. Elə olacağı təqdirdə onlar Rusiyaya qayıtmalıdırlar. O ki qaldı, Gümrüdəki Rusiya hərbi bazasına, onun Ermənistanda olmasının səbəbləri hər kəsə aydındır. Bu səbəblər hələ də keçərlidir və biz onların çıxarılması ilə bağlı heç bir məsələ qaldırmırıq”, – Baş nazir bildirib.

Share on Facebook