“Rusiya 24 min kvadratkilometrlik Qarabağ dövləti yarada bilər...”
Sozcu.az xəbər verir ki, Tert.am-ın yaydığı məlumata görə, Ermənistan hərbi eksperti Hayk Nahapetyan belə bir fikri “Arkadi Qriqoryanla diqqət mərkəzində” verilişində bildirib.
“Artsax enerji mərkəzləri üçün Ukraynadan daha çox qaynar nöqtələrdən biridir. Rusiyanın Qərbə enerji daşıyıcılarını təmin etmək yolu faktiki olaraq kəsilmişdi. İndi Şimal-Cənub yolu Rusiya üçün stratejidir. Hazırda Hindistana ixracın təşkili yolu kifayət qədər uzundur. Rusiya Federasiyasının yaratmağa çalışdığı quru yolu 4 dəfə qısalacaq və onun bir istiqaməti Azərbaycandan keçəcək”- H.Nahapetyan belə deyib.
“Əgər Bakı İngiltərə və İsrailin təhriki ilə artsax və Ermənistana qarşı avantüraya getsə, Azərbaycanın parçalanması başlaya bilər... Nəticədə Artsax mərkəzdə qalacaq və indiki 4,4 min kvadrat kilometrlik Artsax əvəzinə, Rusiya 24 min kvadrat kilometrlik Qarabağ dövləti yarada bilər, ehtimal yüksəkdir”, - erməni ekspert belə çərənləyib.
Nahapetyan hesab edir ki, Rusiya Federasiyası Ermənistandan - Gümrüdən bazasını çıxarsa belə, heç vaxt Qarabağı tərk etməyəcək.moderator)