Rusiya aerodromu raketlə vuruldu - Şok iddia

Rusiyanın Krasnodar diyarında yerləşən Yeysk aerodromunda güclü partlayışlar baş verib.

Sozcu.az xəbər verir ki, bu barədə Teleqram kanalları məlumat yayıb.

Şahidlər iki partlayışın olduğunu, ardınca anbarlarda yanğının baş verdiyini bildirirlər.

Həmçinin məlumata görə, iki Tu-141 “Strij” PUA-sı aerodroma yaxınlaşarkən vurulub.

Bundan əlavə, sosial şəbəkələrin Rusiya seqmentində istifadəçilər hərbi obyektin raketlə vurulduğunu iddia edərək panikaya düşüblər.

Share on Facebook