Rusiya xüsusi təyinatlıları Ukraynaya qarşı müharibədə döyüşçülərinin 90-95 faizini itirib.
Sozcu.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” bir neçə gün öncə sızdırılan kəşfiyyat məlumatlarına istinadla yazıb.
Bildirilib ki, Rusiya hərbi komandanlığı tabeliyində olan hərbi qruplaşmaların döyüş qabiliyyətinə şübhə ilə yanaşıb və buna görə də döyüşlərə elit birləşmələrin girməsini əmr edib.
Kəşfiyyat məlumatlarına əsasən, Rusiya xüsusi təyinatlılarının 5 briqadasından 4-ü böyük itki verib. Onlardan 3-nün şəxsi heyətinin 90-95 faizi məhv edilib.
ABŞ hesab edir ki, bu briqadaların yenidən bərpa olunması üçün azı 10 il vaxt lazımdır.