“Qarabağ Azərbaycanın NATO-ya gedən yolunda əsas maneədir”.
Sozcu.az xarici KİV-ə istinadən xəbər verir ki, bunun rusiyalı politoloq Fyodor Voytolovski İrəvanda keçirilən dəyirmi masa zamanı deyib.
Onun sözlərinə görə, bu, Alyansın Cənubi Qafqaz ölkələrini, xüsusən də Gürcüstan və Azərbaycanı fəal şəkildə inteqrasiya etməyə çalışması fonunda baş verir:
“Türkiyə Birləşmiş Ştatlara sadiq qalaraq, Azərbaycanı gələcəkdə NATO-nun bir hissəsi kimi görmək məqsədi ilə mümkün qədər sıx əməkdaşlıq üçün tam kart-blanşa malikdir. Bunun üçün Bakıya Ermənistanla ərazi mübahisələrini həll etmək lazımdır. Bu, Azərbaycanın xeyrinə həll olunarsa, ölkənin Alyansa daha dərindən inteqrasiyası üçün imkanlar açacaq”.
Görünən odur ki, rusiyalı politoloqu bu səpgidə danışmağa vadar edən erməni lobbisinin pullarıdır. Görəsən, Fyodor Voytolovski Ermənistanla ABŞ arasında hərbi təlimlərdən niyə danışmır. Məgər öz suveren hüquqlarını bərpa etmək istəyən bir ölkənin hüquqi hərəkətlərini siyasiləşdirmək ideyası ermənilərin və ya rus şovinistlərinin hansı məqsədinə yarayacaq?!konkret