Son sutka ərzində Donetsk vilayətində 133 işğalçı məhv edilib, düşmənin 8 silah-sursat anbarı vurulub.
Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin şərq qoşun qrupunun nümayəndəsi Sergey Çerevatıy bildirib.
"Donetsk vilayətində düşmənin hücumlarının dəf edilməsi zamanı sutka ərzində 133 işğalçı məhv edilib, 176-sı yaralanıb. Həmçinin iki elektron döyüş stansiyası, iki özüyeriyən texnika, iki haubitsa, bir piyada döyüş maşını və səkkiz sursat anbarı da məhv edilib", - o deyib.
Onun sözlərinə görə, Rusiyanın hələ də kifayət qədər sursat ehtiyatı var, lakin Ukrayna hərbçiləri bu ehtiyatların azaldılması üçün hər şeyi edirlər.