"Biz Moskvada keçirilən üçtərəfli görüşdə regional kommunikasiyaların açılmasından danışdıq".
Sozcu.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu parlamentin iclasında Ermənistanın baş naziri Nikol Paşinyan söyləyib.
"İrəvan ölkənin suverenliyi və yurisdiksiyası prinsipi əsasında buna hazırdır. Hazırda dəmir yolunda işlər gedir", - Paşinyan deyib.
"Dünyada baş verən hadisələr, Rusiya ilə Ukrayna arasında, İran-Əfqanıstan sərhədində kəskinləşməyə görə regionda hərbi-siyasi vəziyyət kifayət qədər gərgin olmaqda davam edir. Amma İrəvan “sülh gündəmini” həyata keçirmək üçün hər şeyi edir", - o bildirib.
Ermənistan baş naziri Laçın dəhlizi barədə danışarkən Rusiya sülhməramlılarını ittiham edib.