Ramanadaki 90 nömrəli orta məktəbdə ikinci sinif şagirdinə ağır xəsarət yetirilib.
Sozcu.az xəbər verir ki, bununla bağlı jurnalist İntiqam Valehoğlu fotolar paylaşıb.
Həmin fotolarda, şagirdin sağ gözünün qaraladığı və ciddi xəsarət aldığı əks olunur.
İ.Valehoğlu qeyd edib ki, məktəbin direktoru Svetlana Nəbiyeva uşağın valideyni ilə "anlaşmağa" çalışır.
"Sabah bu barədə geniş reportajım olacaq. Bütün həmkarlarımı bu məsələni ictimailəşdirməyə çağırıram", - o əlavə edib.