Qusardakı Şəhidlər xiyabanı ilə bağlı utancverici mənzərə

Martın 25-də sosial şəbəkələrdə Qusar şəhərindəki Şəhidlər xiyabanı ilə bağlı utancverici mənzərə paylaşılıb. Fotoda görünür ki, məşhur - “Bayraqları bayraq yapan üstündəki qandır, Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir”, - beytindən istifadə edilərkən ciddi səhvə yol verilib.

Belə ki, “əgər” sözü unudulub. Bundan başqa, “torpaq” sözündən sonra vergül əvəzinə tire işarəsi qoyulub. Eləcə də “varsa” sözündən sonra vergül qoyulması da yaddan çıxıb. Məsələ mətbuatda işıqlandırıldıqdan sonra addım atılıb və səhv qismən düzəldilib. Xiyabanın yayılan son fotosundan görünür ki, iki sözün arasındakı tire götürülüb, əvəzinə vergül qoyulub. Bu isə kifayət deyil, çünki şeirdəki misra "Torpaq, əgər uğrunda ölən varsa, vətəndir" formasındadır.

Bununla bağlı Qusar Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Başçının birinci müavini Şahid Fərəməzov Oxu.Az-a açıqlamasında bu səhvi paylaşanları tənqid edib: “Bu məsələlərlə kimlərisə provokasiyaya cəlb etmək istəyirlər. Onların nəzərinə çatdırım ki, Şəhidlər xiyabanında 105 şəhidin xatirəsi əbədiləşdirilib. Bunu yayanlar 105 şəhidə 105 gül alıb, onların xatirəsini yad edirlərmi? Boş-boş işlərlə məşğuldurlar”.

Share on Facebook