Qurban Qurbanova dünyanın ən nüfuzlu Feyr Pley mükafatı təqdim olundu

“Qarabağ” Futbol Klubunun baş məşqçisi Qurban Qurbanova Macarıstanda beynəlxalq mükafat təqdim olunub.

Sozcu.az Oxu.az-a istinadən xəbər verir ki, o, Beynəlxalq Feyr Pley Komitəsi tərəfindən karyerası ərzində daim “ədalətli oyun” prinsiplərinə sədaqətinə görə, dünyanın ən nüfuzlu Feyr Pley mükafatı – “Joao Barotra” diplomuna layiq görülüb.

Beynəlxalq qurumun Macarıstanın paytaxtı Budapeştdə bu gün keçirilən təntənəli mərasimində Feyr Pley mükafatı Q.Qurbanova təqdim olunub.

Xatırladaq ki, Q.Qurbanovun bu mükafata təqdimatını Azərbaycan İdman Jurnalistləri Assosiasiyası edib.

Share on Facebook