Qurban bayramının namaz vaxtı açıqlandı

İyunun 16-17-də Azərbaycanda Qurban bayramı qeyd ediləcək.

Sozcu.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsindən APA-ya bildirilib.

Qeyd olunub ki, hər il olduğu kimi məscidlərdə Qurban bayramının namazı qılınacaq:

“Bəzi məscidlərdə bayram namazı saat 08:00, bəzilərində isə 09:00-da qılınacaq. Ola bilər ki, məscid imamları öz gələn camaatına uyğun vaxt təyin edə bilərlər, məsələn, rayon yerlərində daha tez, şəhər yerlərində bir az gec ola bilər”.

Share on Facebook