Qüdsdə toqquşma: 100-ə yaxın fələstinli yaralandı

Qüdsdəki Əl-Əqsa məscidində İsrail polisi və fələstinlilər arasında toqquşma baş verib.

Sozcu.az xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.

Məlumata görə, toqquşma nəticəsində 100-ə yaxın fələstinli yaralanıb.

Polisin apardığı reyd nəticəsində isə 400-dən çox şəxs saxlanılıb.

Qeyd edək ki, İsrail qüvvələri axşam saatlarında gözyaşardıcı qazdan, həmçinin rezin güllələr və dəyənəklərdən istifadə edərək məscidin ərazisinə daxil olublar.

Share on Facebook