Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş zabiti Vladislav Ammosov Ukrayna tərəfə keçib.
Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Məlumata görə, Yakutiyadan olan kəşfiyyatçı bundan sonra Rusiyaya qarşı döyüşəcək.
15 ildən çox Rusiya ordusu və xüsusi xidmət orqanlarında xidmət edən Ammosov bildirib ki, İkinci Çeçen müharibəsində də iştirak edib.