Qrenlandiya bizimdir. Satılmırıq və heç vaxt satılmayacağıq.
Sozcu.az xəbər verir ki, bunu Qrenlandiyanın Baş naziri Mute Egede ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın bəyanatlarını şərh edərkən bildirib.
“Biz azadlıq uğrunda uzun sürən mübarizəmizi itirməməliyik”, - baş nazir deyib.
Qeyd edək ki, daha öncə Tramp açıqlamasında ölkəsinin Qrenlandiya üzərində nəzarətə ehtiyacı olduğunu bəyan edib.