Qordon Solovyov haqqında: Əclaf, pozulmuş element!

Rusiyalı aparıcı Vladimir Solovyov tanınmış ukraynalı jurnalist Dmitri Qordonu Moskvaya davaya çağırıb, Qordon isə Solovyovu xəstə adlandırıb.

Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

“Qorxaq əclaf. O, Moskvanın Basmannı məhkəməsi tərəfindən üç cinayət işi üzrə qiyabi məhkum olunduğumu, xarici agentlərin, terrorçuların və ekstremistlərin reyestrinə düşdüyümü, Rusiyada axtarışa verildiyimi bilə-bilə məni Moskvaya dəvət edir. O, deqradasiyaya uğramış, pozulmuş elementdir. Görün necə dəhşətli dərəcədə arıqlayıb. O, çox xəstədir və bu, üzündə görünür. Mən istəyirəm ki, Slovoyov tribunalı görmək üçün yaşasın. Faşizmin gələcək pərəstişkarları üçün onun başına nə gələcəyini görmək son dərəcə vacibdir. Onun kimi insanlar məsuliyyətə cəlb edilməlidir”, - Qordon bildirib.

Share on Facebook