Yevlax Rayon İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədovun oğlu Zaur Səmədov həbs edilib.
Sozcu.az Oxu.az-a istinadla xəbər verir ki, Z.Səmədov tanışını güllələməkdə təqsirləndirilərək saxlanılıb. Onun barəsində cinayət işi başlanılıb və Z.Səmədov barəsində Yevlax Rayon Məhkəməsinin qərarına əsasən üç ay həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, Yevlax rayonun İsmayılabad kəndində Zaur Səmədov qeydiyyatda olan ov tüfəngindən xuliqanlıq niyyəti ilə 46 yaşlı tanışının ayaq nahiyəsinə atəş açaraq ona xəsarət yetirib.
Qeyd edək ki, Yevlax Rayon İcra Hakimiyyətinin sabiq başçısı Q.Səmədov 2019-cu ildə həbs edilib. O, 2023-cü ildə xəstəliyi ilə əlaqədar vaxtından əvvəl şərti azadlığa buraxılıb və bir neçə aydan sonra vəfat edib.
