Qızılın qiymətində artım qeydə alınıb.
“Nyu-Yorkun “Comex” birjasında qızılın aprel fyuçersləri 0,22 % və ya 4.05 ABŞ dolları bahalaşaraq 1 unsiyası 1,844.55 dollara satılıb. Gümüşün may fyuçerslərinin qiyməti isə 0,89 % artaraq 1 unsiyası 21.087 ABŞ dolları təşkil edib.
ABŞ dollarının ucuzlaşması qiymətli metala təsir göstərir.
Belə ki, ABŞ dollarının indeksi (ABŞ-ın ticarət tərəfdaşı olan altı ölkənin valyuta səbətinə nisbətdə məzənnəsi) 0,16 % düşərək 104,86 bənd təşkil edib. ABŞ valyutasının ucuzlaşması qızılı digər valyutalarda alış üçün əlverişli edir.