Qızıl bazarı bu gün altı həftənin ən yüksək səviyyəsinə yüksəlib. ABŞ dolları 14 günün ən aşağı səviyyəsinə geriləyib ki, bu da qiymətli metalların bahalanmasına səbəb olub.
Sozcu.az “Bloomberg”ə istinadən xəbər verir ki, qızıl qiymətləri səhər saatlarında 0,2% artaraq 4.240,54 dollara qalxıb və 21 oktyabrdan bəri ən yüksək göstəricisini əldə edib. ABŞ-da qızılın fyuçersləri isə 0,5% artaraq 4.276,00 dollar olub.
Analitiklər bildirirlər ki, bu yüksəlişin əsas səbəbi dolların zəifliyi və bazarda erkən riskdən qaçış tendensiyasıdır. Eyni zamanda, yaxın günlərində ABŞ-da gözlənilən faiz endirimləri diqqətə alınır.
Gümüş də 2% bahaıaşaraq 57,48 dollara yüksəlib.
Digər qiymətli metallar arasında platin 1,3% artaraq 1.694 olub, paladyum isə 2,1% artaraq 1.482 dollara enib.
