Qəzza zolağının tam blokadaya alınması üçün göstəriş verdim.
Sozcu.az xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qallant deyib.
Nazirin sözlərinə görə, orada ərzaq və enerji təchizatı dayandırılacaq:
“Qəzza zolağının tam mühasirəyə alınmasını əmr etdim. İşıq yox, yemək yoxdur, qaz yoxdur, hər şey bağlıdır”.
Qeyd edək ki, 7 oktyabrda HƏMAS və “İslami-Cihad”ın İsrailə hücumu ilə İsrail-Fələstin müharibəsi başlayıb.