Qeyri-sabit hava nə vaxta kimi davam edəcək?

09:58

Fevralın 23-ü saat 9:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində hava şəraiti yağıntılı olub, dağlıq rayonlarda arabir qar yağıb.

Bu barədə Sozcu.az-a Milli Hidrometerologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, qar örtüyünün hündürlüyü Qrızda 3 sm, Altıağac, Qubada 1 sm olub.

Düşən yağıntının miqdarı Qubada 3 mm, Oğuz, Şəki, Gədəbəy, Balakən, Zaqatala, İsmayıllı, Altıağac, Qəbələ, Şabran, Qobustan, Qusar, Göyçay, Kürdəmir, Şirvan, Cəlilabad, Biləsuvar, Yardımlı, Astara, Şahbuz, Bakıda və Abşeron yarımadasında 2 mm-dək olub.

Gədəbəy, Daşkəsən, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Balakən, Şəki, Qax, Şamaxı, Qobustan, Quba, Qusar, Xaltan, Göyçay, Yevlax, Yardımlı, Lerik, Sumqayıtda duman müşahidə olunub. Dumanda görünüş 50-500 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4, Naxçıvan MR-də, Aran rayonlarında 3-5 dərəcə isti, dağlıq rayonlarda 4, yüksək dağlıq ərazilərdə 9 dərəcəyədək şaxta olub.

Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti Bakıda və Abşeron yarımadasında fevralın 25-dək, bölgələrdə isə 26-dək fasilələrlə davam edəcək.

***

Fevralın 23-ü saat 17:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, hazırda ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur.

Milli Hidrometerologiya Xidmətindən verilən məlumata görə, Daşkəsən, Gədəbəy, Göygöl, Qəbələ, Şəki, Quba, Şamaxı, Qobustan, Qax, Qrızda qar, Naxçıvan, Şərur, Ordubad, Gəncə, Ağdam, Şabran, Sabirabad, Ağsu, Salyan, Lerik, Naftalan, Neftçalada, Bakıda və Abşeron yarımadasında arabir yağış yağır.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 5, Naxçıvan MR-da 9, Aran rayonlarında 9 dərəcəyədək isti, dağlıq rayonlarda 3, yüksək dağlıq ərazilərdə 9 dərəcəyədək şaxta olub.

Share on Facebook