2022-ci ildə ilk dəfə anemiya diaqnozu ilə 46 min 770 nəfər qeydə alınıb.
Bu barədə Dövlət Statistika Komitəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib. Qeyd edilib ki, tibb müəssisələrində anemiya diaqnozu ilə qeydiyyatda olan xəstələrin sayı isə isə 390005 nəfər olub.
Qeyd edək ki, ilk dəfə qoyulmuş diaqnozla 2018-ci ildə 47 min 552, 2019-cu ildə 47 min 912, 2020-ci ildə 43 min 188, 2021-ci ildə 43 min 150 nəfər qeydə alınıb.