Mayın 17-si axşam saatlarında Qəbələ şəhəri ərazisində Firdovsi Əmiraslanov idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən piyada, 1961-ci il təvəllüdlü şəhər sakini Yaşar Məmmədovu vurub.
Sozcu.az-ın xəbərinə görə, müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada xəstəxanaya yerləşdirilib və göstərilən tibbi yardımlara baxmayaraq dünən orada vəfat edib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib ki, faktla bağlı rayon polis şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.apa