İsmayıllıda qazi İcra Hakimiyyətinin qarşısında özünü yandırdı - FOTO

Bu gün günorta saatlarında İsmayıllı Rayon İcra Hakimiyyətinin binası qarşısında Vətən müharibəsi qazisi Röyal Mirzəyev intihara cəhd edib.

Sozcu.az xəbər verir ki, 26 yaşlı qazi üzərinə benzin tökərək özünü yandırıb.

Rayonun Qubaxəlilli kəndindən olan Röyal Mirzəyev təcili yardımla əvvəlcə xəstəxanaya, sonraya Bakıya aparılıb. 

Yaralının vəziyyətinin ağır olduğu bildirilir. Hadisənin detalları məlum deyil.unikal)

9bb88ab31b644e8d5fa305d60435a804.jpeg

Share on Facebook