Azərbaycan Respublikasının Prezidenti
Zati ailələri İlham Əliyev Cənablarına
Füzuli rayonu, Gecəgözlü kənd sakini
Hüseynova Gülşən Rafael qızı
(AZE 1234567, FİN-kod, mobil tel: (051 - 418 - 21 - 26) tərəfindən
ŞİKAYƏT ƏRİZƏSİ
Hörmətli cənab Prezident!
Bildirmək istəyirəm ki, mən Füzuli rayonu Gecəgözlü kənd sakini Hüseynova Gülşən Rafael qızı, 27.07.2001-ci il tarixdə anadan olmuş 44 günlük Vətən Müharibəsi iştirakçısı qazi Həsənli Cəsarət Elçin oğlunun anasıyam. Övladım Cəsarət Həsənli 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılmış, Goranboy-Tərtər N saylı hərbi hissələrdə qulluq etmişdir. 10.10.2020-ci il tarixdə Suqovuşan istiqamətində gedən döyüşlərdə atılmış düşmən mərmisindən ağır güllə (qəlpə) yarası almışdır. Travmalardan ilkin tibbi yardım Naftalan şəhərində göstərildikdən sora Yevlax mərkəzi xəstəxanasında sağ budun orta 3/1-nin açıq, qəlpəli, yerini dəyişmiş sınığı ilə müşayyət olunan,dəlib keçən odlu silah yarası kimi 1-ci dəfə 10.10.2020-ci il tarixdə və 2-ci dəfə 14.10.2020-ci il il tarixlərdə, Q.A.İlizarov üsulu ilə cərrahi əməliyyat olmuşdur. Azerbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 №li qərarı ilə təsdiq olunmuş xəstəliklər cədvəlinin 86-cı maddəsinin ikinci qrafasına əsasən hərbi xidməti yararsız hesab edilmişdir.
Vətən Müharibəsi iştirakçılarının təltif edilməsi haqqında Azərbaycan Respublikası prezidentinin 10 fevral 2022-ci il tarixli sərəncamına əsasən övladım ”Cəsur döyüşçü”, “Vətən müharibəsi iştirakçısı” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Lakin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Ttibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi sosial ekspert komissiyasının 29 noyabr 2021-ci il tarixli rəyi ona əlillik dərəcəsinin verilməsindən imtina edilməsinə səbəb olmuşdur. Övladım dəfələrlə tibbi sosial ekspertizadan keçməsinə baxmayaraq, müvafiq orqanlara, Şirvan Rayon İnzibati Məhkəməsinə dəfələrlə müraciət etməyimizə baxmayaraq müraciətimiz cavabsız qalmışdır və məsələ hələ də öz həllini tapmır.
Cənab Prezident! Dəfələrlə Sizə, Birinci xanım, Mehriban Əliyevaya, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Füzuli rayonu deputatı Vüqar Bayramlıya, kənd icra nümayəndəliyinə yazdığınız məktublar heç bir nəticə verməmişdir.
Cənab Prezident! Bir ana kimi sizdən çox-çox xahiş edirəm ki, övladımın gələcəyi üçün mənə köməklik göstərəsiniz. Heç yerdə işləmirəm, övladımın səhhətindən dolayı sağlamlıq haqqında sənəd ala bilmədiyimdən heç yerdə işə götürülmür. Sizə müraciət edərək aidiyyatı qurumlara lazımi tapşırıqlarınızı verməyinizi, şikayətimə qanunauyğun baxılmas, övladımın tapdanmış hüquqlarının bərpası üçün mənə köməklik göstərməyinizi və əllilik dərəcəsinin verilməsini xahiş edirəm.