Qazaxıstanda şaxta partladı: 28 nəfər öldü

09:23

Qazaxıstanın Karaqanda vilayətindəki şaxtada partlayış olub.

Sozcu.az xəbər verir ki, bu barədə "Arcelormittal Temirtau" şirkətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində 16 nəfər həyatını itirib:

“Qəza zamanı şaxtada 252 nəfər olub, onlardan 205-si səthə çıxarılıb. Daha 31 şaxtaçının axtarışları davam edir”.

Hadisənin baş verməsinə səbəb kimi lavada metan qazının partlaması ehtimal olunur.

***

Karaqandada baş verən mədən qəzasında qurbanların sayı 20-yə çatıb.

Bu barədə "Kazinform" məlumat yayıb.

Bildirilib ki, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev hökumətə "Arcelormittal Temirtau" şirkəti ilə investisiya əməkdaşlığını dayandırmağı tapşırıb.

***

Qazaxıstanda şaxtada qəza qurbanlarının sayı 28-ə çatıb.

Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Share on Facebook