Qazaxda 33 yaşlı kişi dəm qazından öldü

Qazax rayon sakini faciəvi şəkildə ölüb.

Sozcu.az xəbər verir ki, 1992-ci il təvəllüdlü Eyyub Ocaqverdiyev hamam otağında dəm qazından boğulub. O, yaxınlarının köməyi ilə Qazax Rayon Mərkəzi Xəstəxanasına aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, fevralın 1-i 89 yaşlı kişi ilə 84 yaşlı həyat yoldaşı da dəm qazından boğularaq ölüb.

Share on Facebook