Leysan yağışlar və ya qarlı havalarda, xüsusilə, qışda uzun bir yol qət etmək çətin ola bilər. Uzun yollarda qışda nələrə diqqət yetirmək lazımdır və qarlı havada səyahət edəcəyiksə nələr etməliyik, bu yazıda bəzi məlumat və məsləhətləri topladıq.
Uzun müddət yağışlı havalarda və ya qarlı havalarda gedərkən bilməli olduğunuz şey budur: asfaltdakı ilk yağış damlaları yolu sürüşkən hala gətirir. Toz və asfalt yağı yağışla birlikdə asfaltı təkərlərin yapışmasını azaldacaq çox sürüşkən bir səth halına gətirir.
İlk öncə avtomobilin sürətini azaltmaq lazımdır. Yola çıxdığınız zaman yağış başlasa, sürətinizi xeyli azalda və yağış biraz yağdıqdan və asfalt yaxşıca islandıqdan sonra sürəti tədricən artıra bilərsiniz. Lakin yenə də diqqətli olmaq lazımdır
Qarşıdakı avtomobillə məsafə qorunmalıdır. Yağışlı günlərdə belə qorunmalı olan təqib məsafəsi qaydasına əməl edin; yağışlı və qarlı havalarda bir az daha həssaslıq göstərilməli və təqib məsafəsi artırılmalıdır. Qarşıdakı avtomobilin qəflətən dayanması və ya sürüşməsi təhlükəli vəziyyətə səbəb ola bilər.
Ani əyləcdən çəkinin. Bu ən vacib detallardan biridir, çünki yağışlı yollar sürüşkən olarsa və anidən əyləc avtomobilin sürüşməsinə səbəb ola bilər. Bu, əlbəttə ki, qarlı havalar üçün də bu şəkildə edilməlidir.
Sakit və etibarlı idarəetməyə sahib olmalısınız. Anidən dönmə, ötmə əməliyyatı kimi hallardan da çəkinməniz və daha diqqətli şəkildə həyata keçirməyiniz tövsiyə edilir.
Yan güzgülər və pəncərələr qorunmalıdır. Yağışlı və soyuq havalarda, suyun yığılması güzgülərin tutulmasına və ətrafı görə bilməyinizə problem yarada bilər. Yağışlı və qarlı bir havada yola çıxmazdan əvvəl şüşə və güzgülər silinməlidir və keyfiyyətli məhsullardan istifadə etmək lazımdır. Arabir pəncərələri açmaq da faydalıdır. Silmək üçün bir vasitə götürə bilərsiniz.
Yağışlı və qarlı havalarda, digər maşınların sizi görməsi üçün kiçik faraları aktiv saxlamaq faydalıdır. Xüsusilə, hava qaranlıq olduqda yol xətlərini aydın görmək üçün yola çıxmazdan əvvəl faraları yoxlayın. Yollarda yolları ayıran xətlərin üstündən keçməməyə diqqət yetirmək lazımdır.
Nəqliyyat vasitələrinə texniki xidmət. Nəqliyyat vasitələrinə daimi texniki xidmət qışda uzun yollara atılmazdan əvvəl aparılmalıdır: şin, əyləc və amortizatorlarda heç bir problemin olmadığından əmin olmalı, nəqliyyat vasitəsinə baxış keçirilməlidir.
Avtomobilin yanacaq çənini doldurmaq lazımdır.
Antifriz istifadə edilməlidir.