“Qarabağ” ilk yay transferini reallaşdırıb.
Ağdam klubunun mətbuat xidmətinin yaydığı məlumata görə, fransalı futbolçu Hamidu Keyta ilə 2026-cı il iyunun 30-dək müqavilə imzalanıb.
Keyta “atlılar”da 17 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, 28 yaşlı vinger son olaraq “Zirə”də oynayıb.