“Son 30 ildə biz həm Ermənistanda, həm də Qarabağda (separatçı-red.) hakimiyyəti əclaflardan formalaşdırmışıq. Onların hamısı günahkar və canidir. Qarabağın (separatçı-red.) liderləri həmişə Baqramyan küçəsindən (Ermənistanda mərkəzi hakimiyyəti orqanlarının yerləşdiyi küçədir-red.) idarə olunublar”.
Sozcu.az caliber.az saytına istinadən xəbər verir ki, bu sözlər erməni yazıçı Vardqes Ovyanın yerli “Hraparak” qəzetinə müsahibəsi zamanı səslənib.
Hovyan həmin müsahibədə Qarabağda ləğv edilmiş xunta liderlərinin həbsini əks etdirən kadrları şərh edib.
“Əlbəttə, onların düşmən (Azərbaycanı nəzərdə tutur-red.) keçməsi təəssüf doğurur. Biz hamını, xüsusən də İrəvanda oturanları mühakimə etməliyik. Bizim “Qarabağ liderləri” isə xırda vassal olublar. Ruben Vardanyana görə də çox təəssüflənirəm. Bu adam özü də bilmirdi ki, hara gedib. Ola bilsin ki, gəncliyində romantik illüziyalarla buradan ayrılıb, dünyanı görüb. Orada (Qarabağ-red.) gəlib özünü nə əxlaqın, nə də insanlığın olmadığı tamam başqa bir dünyada görüb. Sonradan o, Qarabağdakı “hökuməti” (qondarma-red.) xalq vasitəsilə yox, ətrafı vasitəsilə öyrəndi”, - deyə Vardqes Ovyan qeyd edib.