Qarabağda erməni terrorçuları Monte Melkonyan və Qaregin Njdenin heykəllərinin söküldüyü iddia edilir.
Sozcu.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Bildirilir ki, Xocalı qatili, ASALA terror təşkilatının liderlərindən Monte Melkonyanın Xocavənddəki, digər erməni qatil Qaregin Njdenin isə Xankəndidəki heykəlinin sökülməsinə start verilib.
Qeyd edək ki, Qarabağda qanunsuz erməni silahlı birləşmələrindən silah və sursatın müsadirə edilməsi prosesi davam edir.Globalinfo)