Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.
Sozcu.az qurumun saytına istinadən xəbər verir ki, 300 klubun yer aldığı siyahıda Azərbaycandan "Qarabağ" və "Neftçi" yer alıb. Ağdam təmsilçisi bundan əvvəlki reytinqlə müqayisədə 138,5 xalla 3 pillədə geriləyərək 74-cü pillədə qərarlaşıb.
"Nefti" isə 4 pillə geriləyib və 67 xalla 291-ci sırada yer alıb.
Qeyd edək ki, siyahıya 315 xalla "Real" başçılıq edir. "Mançester Siti" 311 xalla 2-ci, "Flamenqo" 296 xalla 3-cüdür.