"Qara qutu”lar qəzadan dörd dəqiqə əvvəl qeydiyyatı dayandırıb

Ötən il dekabrın 29-da qəzaya uğrayan “Jeju Air” təyyarəsinin “qara qutu”ları təyyarə Cənubi Koreyanın Muan hava limanında beton qurğuya çırpılmazdan təxminən dörd dəqiqə əvvəl qeydiyyatı dayandırıb.

Sozcu.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın Nəqliyyat Nazirliyi məlumat verib.

Ölkə hakimiyyəti Cənubi Koreyada baş vermiş ən böyük aviaqəza olan və 179 nəfərin ölümü ilə nəticələnən qəzanın səbəbini başa düşmək üçün "qara qutular"ın yazılarını təhlil etməyi planlaşdırırdı.

Qeyd olunub ki, səs yazısının bir hissəsinin itdiyi aşkar edildikdən sonra qeydiyyatçılar ABŞ-nin Nəqliyyatın Təhlükəsizliyi üzrə Milli Şurasının laboratoriyasına göndərilib.

Share on Facebook