Qar uçqunu - 5 nəfər öldü

Alp dağlarının Avstriya ərazisinə düşən hissəsində baş verən qar uçqunları nəticəsində beş nəfər həlak olub.

Sozcu.az xəbər verir ki, Zalsburq yaxınlığındakı Ponqau rayonunda yerləşən Finsterkopf dağında (hündürlüyü 2 150 m) yeddi xizəkçidən ibarət qrup qarın altında qalıb. Onlardan dördü həlak olub, biri isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Həmin gün Avstriyada qar uçqunu zamanı daha bir qadın da ölüb.

Xilasedicilər turistlərdən işarəli xizək yollarını tərk etməmələrini xahiş ediblər, çünki faciələrin əksəriyyəti cığırdan kənarda hərəkət edən xizəkçilər arasında baş verir.

Share on Facebook