Qanda şəkəri yüksək olan kişilərdə - 4 intim problem

Çox vaxt kişilər diabet olduğunun fərqinə varmır və simptomları iqnor edir. Əksər hallarda şəkər xəstəliyi onlar intim problemlər səbəbindən həkimə müraciət etdikdə təsadüfən aşkarlanır.

Sozcu.az medicina.az-a istinadən xəbər verir ki, müəyyən müddət qanda yüksək şəkər qan damarlarını zədələyir qan dövranını pozur, nəticədə cinsi orqan hissiyatını itirir.

Onlarda həm psixoloji, həm fizioloji problemlər başlayır.

Qanda təhlükəli şəkərin kişi cinsiyyət üzvlərinə təsirinin siqnalları:

- Cinsiyyət üzvü yanında dəridə qıcıqlanma, şişkinlik, qaşınma

- Pis qoxu

- İntim əlaqə zamanı ağrı

- Erektil disfunksiya

Cinsi zəiflik diabet xəstələrinin 55%-də yaranır və kişiləri narahat edir.

Kişilər getdikcə ereksiya, orqazm, libidonun azaldığını, itdiyini hiss edir, amma bunun səbəbinin şəkər olduğunu düşünmür.

Share on Facebook