Qadın həyətdə yıxıldı, başı daşa dəyərək öldü

Xırdalanda yıxılaraq başı daşa dəyən qadın ölüb.

Sozcu.az xəbər verir ki, Xırdalan şəhər sakini 1964-cü il təvəllüdlü Fərqanə Quliyeva yaşadığı evin həyətində yıxılaraq başı yerdəki daşa dəyib.

Nəticədə o, aldığı xəsarətdən dünyasını dəyişib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.

Share on Facebook