Qabarlar insan həyatı üçün TƏHLÜKƏDİR

Ayaq altında yaxud barmaqlarda yaranan sulu və quru kalluslarla (el arasında qabar kimi tanıdığımız) həyatımızda çox rastlaşırıq.

Çox zaman onun sağalması üçün heç nə etmirik. Düşünürük ki ,öz - özünə keçib gedəcək. Lakin öz - özünə keçməyən kalluslar var ki, müalicəsiz sağalmır.

Daha betəri bu kalluslar ayaq ətrafını bürüyür və xoşagəlməz yaralar peyda olur. Həmçinin sağlamlığımız üçün də təhlükəlidir.

Sozcu.az "Medicina"-ya istinadən xəbər verir ki, həkim dermatoloq - kosmetoloq, trixoloq, trixoloq Tatyana Yeqorova kallusların yaratdığı problemlərdən danışıb. Əgər o, iltihablanırsa və yenidən diqqətsiz qalırsa, hətta sepsisə səbəb ola bilər. Kallusun iltihabını tanımaq o qədər də çətin deyil - bu, qızartı, ağrı, şişlik və pulsasiya daxil olmaqla bir sıra əlamətlərdir. Bəzən irin hətta sərbəst buraxıla bilər.

Bəzən bildiyimiz sulu və ya quru kallusdan başqa, bərk şəkilli,içərisi tikanlı və irinli kalluslar var ki, onu xüsusi yapışqan dərmanlarla müalicə edirlər. Zamanında müalicə olunmazsa bunun qarşısını almaq çətin olur.

Share on Facebook