Putinin təhlükəsizliyinə təminat vermirik - Polşa

Rusiya Prezidenti Vladimir Putinin təyyarəsinin Polşa hava məkanından keçəcəyi təqdirdə həbs olunmayacağına zəmanət vermirik.

Sozcu.az xəbər verir ki, bunu Polşanın xarici işlər naziri Radoslav Sikorski deyib.

“Mən təminat verə bilmərəm ki, müstəqil Polşa məhkəməsi hökumətə belə bir təyyarəni yerə endirmək və şübhəli şəxsi Haaqaya təhvil verməyi əmr etməyəcək. Düşünürəm ki, Rusiya tərəfi bundan xəbərdardır. Ona görə də sammit baş tutsa, ümid edirəm ki, Putinin təyyarəsi başqa marşrutla hərəkət edəcək”, - Sikorski bildirib.

Qeyd edək ki, Budapeştdə Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Trampla görüşü planlaşdırılır.

Share on Facebook