Dünən bir sıra teleqram-kanallarda Rusiyanın Voronej şəhərindəki təyyarə zavodunda uçuş-enmə zolağının yaxınlığında baş vermiş partlayışla bağlı məlumatlar yayılıb. Lakin Voronej meriyası həmin məlumatları təkzib edərək bildirib ki, yerli təyyarə zavodunun uçuş-eniş zolağı yaxınlığında partlayış baş verməsi ilə bağlı xəbərlər həqiqətə uyğun deyil, şəhərdə heç bir fövqəladə vəziyyət qeydə alınmayıb.
Sozcu.az-ın İsrail mediasına istinadla əldə etdiyi yeni xəbərdə isə əslində Rusiyanın bəhs edilən aviasiya zavodunda gerçəkdən partlayış baş verdiyi bildirilir.
"Voronejdə yerli sakinlər partlayış səsi eşitdiklərini bildiriblər, daha sonra iki yanğınla bağlı məlumat yayılıb. Sonradan məlum olub ki, Voronejdəki "VASO" aviasiya zavodunun ərazisində partlayışlar və yanğın baş verib.
"VASO" orada Rusiya Müdafiə Nazirliyinin sifarişi ilə hazırlanan təyyarələr də daxil olmaqla, Vladimir Putinin mütəmadi olaraq Qərbi şantaj etməyə çalışdığı “qiyamət təyyarəsi” nin yığılmasıyla da tanınır.
Rusiya hakimiyyəti ənənəvi olaraq baş verənlərlə bağlı məlumatları gizlətməyə çalışır"- xəbərdə belə deyilir.moderator