“Ermənistan rəhbərliyi təcili artsaxı tanımalı və onun vətəndaşlarının müdafiəsinə qoşulmalıdır”.
Sozcu.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Rusiya “sülhməramlı”larının nəzarətindəki torpaqlarında 32-ci ildir ki, qondarılmış separatçı-terrorçu rejimin keçmiş “dövlət naziri” Ruben Vardanyan çərənləyib.
“Biz hamımız Vətənimizi müdafiə etməliyik!”,- deyə Rusiya lideri V.Putinin milyarder “desant” olan R.Vardanyan teleqram-kanalında özü kimi revanşist, işğalçı xislətli, Rusiya köləsi olan hayklara çağırış edib.
Xatırladaq ki, Azərbaycan ərazisinə hələ Laçındakı sərhəd-nəzarət məntəqəsi qurulmadan xeyli öncə Rusiya “sülhməramlı”ların dəstəyi ilə və o dövrdə hələ Rusiya vətəndaşı kimi qanunsuz olaraq soxulan R.Vardanyan artıq 1 ildən çoxdur ki, Azərbaycan ərazisində ictimai-siyasi, iqtisadi-sosial sahələrdə dövlətimizə qarşı təxribat fəaliyyəti göstərir. moderator)